SON XƏBƏRLƏR

İranda dərman istehsalı sənayesi dayanmaq üzrədir

2023.08.22, 12:40
İranda dərman istehsalı sənayesi dayanmaq üzrədir

İranlı məlumatlı şəxs İranda dərman istehsalı sənayesinin vəziyyətini ağır qiymətləndirib və bu sənayenin qapanmaq üzrə olduğunu bildirib.

Gunaz.tv

“Birjada məlumata istinadən dərman istehsalı sənayesində istehlak əmsalı investisiya əmsalınını üstələyib. Üstəgəl bu sahədə infrastrukturlar köhnəlməkdədir.” bunu İranın İnsan Dərmanları Sənayesi Sindikatının idarə heyətinin sədri Məhəmməd Əbdzadə açıqlayıb.

Onun bildirməsinə istinadən həmin sənaye üzrə yeni texnikanın alışı mümkün olmadığına görə ikinci əl texnikalar onları əvəz edir. Bu isə məhsulun keyfiyyətinə və xalqın sağlamlığına təsir edir.

“Ölkənin İnkişafı üzrə Yeddini Proqram Lahiyəsində belə dərman istehsalı sənayelərinin inkişaf etdirilməsinə heç bir plan nəzərdə tutulmayıb.”-deyə Əbdzadə vurğulayıb. 

“Daxili cəmiyytələrin anbarlarında mövcud dərman istehsalı üçün xammal 3-6 ayadək yetəcək. Bu məsələ nigarançılıq doğurur.”-deyə sindikatın idarə heyətinin digər üzvü Əli Mehramizi xəbərdarlıq edib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar