SON XƏBƏRLƏR

İranın “Hizbullah”ı himayə etməsinə nəzarəti davam etdirəcəyik- Amerika

2023.08.22, 13:29
İranın “Hizbullah”ı himayə etməsinə nəzarəti davam etdirəcəyik- Amerika

“İranın “Hizbullah”ı və bölgədə sair yarımhərb qrupları himayə etməsinə nəzarəti davam etdirəcəyik”- bunu Amerikanın BMT-də daimi elçisi avqustun 21-də deyib.

Gunaz.tv

Təhlükəsizlik Şurasının dövrü sədri Linda Tomas Qrinfild həmçinin Göy Xətt boyunca Hizbullahın qıcıqlandırıcı hərəkətlərinin nigarançılıq doğurduğunu vurğulayıb. 

O, habelə bildirib ki, Hizbullahın bu hərəkətləri sülh, Livan və həmçinin İsrailin təhlükəsizliyinə hədədir.

Qeyd edək ki, şərti olaraq adlandırılan Göy Xətt BMT tərəfindən 2000-ci ildə Livan və Fələstinin sərhədlərini müəyyən etməyə çəkilmiş xəttdir.  

“İordon çayının Qərb Sahili və İsraildə gərginlik bizi düşündürür. Biz Fələsitnin israillilərə qarşı terror həmlələrini, həçəminin Qərb Sahilində yarımhərb qrupların çəkinmədən raket atmalarını kəskin qınayırıq. 

Bu həmlələr çox nigarançılıq doğuran hərəkətlərdir. Bütün tərəflərdən gərginliyin və buna səbəb olan hərəkətlərin qarşısını almağa profilaktik tədbirlər görmələrini istəyirik.

Tərəflər mikrorayonların salınmasından, fələstinlilərin qovulması və evlərinin yıxıdılması, terrorizm, gərginliyə gətirrən hərəkətlərdən və terroristlərin ailələrinə məbləğ ödənişindən çəkinməlidirlər.”. -deyə Qrinfild Təhlükəsizlik Şurasının Orta Şərq barədə toplantısında çıxışı zamanı vurğulayıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar