SON XƏBƏRLƏR

Təbrizin deputatı “Hicab və İffət” Qanun alyihəsini tənqid edib

2023.08.24, 13:42
Təbrizin deputatı “Hicab və İffət” Qanun alyihəsini tənqid edib

İranın İslami Şura Məclisində Təbriz əhalisnin islahatçı deputatı Məsud Pezişkian “Hicab və İffət” Qanun layihəsini tənqid edib.

Gunaz.tv

“Təcrübə və tarixə isitnadən bu metodlarla davranışlarda dəyişiklik etmək mümkün deyil. Müasir dünyada qardaşa, bacıya, uşağa və nəvəyə belə “bu tərzdə davranmalısan” demək olmur. Hələ bir qanun çıxarmaqla davranışlarda dəyişiklik etmək istəyirik.”-deyə Pezişkian bildirib.

“Bu tərz qanunlarla İslam və inamla problemləri olmayanları da bunlara qarşı çıxmağa sövq edirik. Bu kimi qanunların elə də böyük nəticəsi olacağını düşünmürəm. 40 ildən artıqdır ki, “İnqilab” etmişik və ölkə əlimizdədir. 

Bu müddətdə uşaq bağçaları, məktəblər, universitetlər, məhllələr (məhəllələrdə nəzarət üçün islami cəmiyyətləri nəzərdə tutur), ruhanilər və radio-televiziya (islama çağırışla) uşaqlar və gənclərin davranışına təsir edə bilməyiblər. 

İndi bu qanunla, polis qüvvələri və cərimələr vasitəsi ilə işləri yoluna qoymaq istəyirlər, bu isə mümkün deyil.”-deyə təbrizli deputat əlavə edib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar