SON XƏBƏRLƏR

Güney Azərbaycanda ağır yol qəzaları -Çox sayda ölü və yaralı var

2023.08.25, 11:49
Güney Azərbaycanda ağır yol qəzaları -Çox sayda ölü və yaralı var

Avqustun 25-i səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya açıqlama verib.

Bununla yanaşı Mərənd-Xoy yolunun keşksaray bölgəsində də ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, son bir ildə İran yollarında baş verən yol qəzalarında 19 237 nəfər həyatını itirib. Bu isə hər günə 53 nəfərin qəzada ölməsi deməkdir. 

Bununla yanaşı eyni müddətdə yol qəzaları nəticəsində günə 1000 nəfər olmaqla ümumilikdə 369279 nəfər yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar