SON XƏBƏRLƏR

“Problemləri kökündən qaldırmaq əvəzinə nəticələrini həll etmək istəyirik”- təbrizli deputat

2023.08.25, 14:20
“Problemləri kökündən qaldırmaq əvəzinə nəticələrini həll etmək istəyirik”- təbrizli deputat

“Problemləri cəmiyyətdə kökündən qaldırmaq əvəzinə nəticələrini həll etmək istəyirik. Problemlər belə həll edilmir.” bunu  İranın İslami Şura Məclisində Təbriz əhalisnin islahatçı deputatı Məsud Pezişkian deyb.

Gunaz.tv

Deputat dölləri ələkləmə və uşaq saldırmaya qarşı qərar və rəsmilərin sör-söhbətləri barədə danışıb.

“Biz bu barədə düzgün, mütəxəssiscə və elmi yanaşmasaq öz düşünülməmiş qərarlarımızın nəticəsini cəmiyyətə görəcəyik. Cəmiyyətdə əlillik, zəkasızlıq və genetik xəstəliklər artacaq.”

Qeyd edək ki, ələkləmə tibb sahəsində döllərin doğuşdan öncə qüsurlu olub olmamasını yoxlamaq və qüsurlu uşaqların saldırılması məqsədi ilə valideynə bildirmək anlamındadır.

“Biz bunların əvəzinə cəmiyyətdə işlə məşğulluğu artırmalı və inkiaşf etdirməliyik. Gənclərin çoxu özlərinə gecə yeməyi tapa bilmirlər. Ölkənin bəzi rəsmiləri cəmiyyətin gəncləşməsini və (ələkləməyə və uşaq saldırmaya qarşı çıxmaqla) artmasını düşünür, lakin buna şərait hazırlanmasını düşünmürlər. 

Hansısa bir qərar çıxarılanda nəticələrinə cəmiyyət məruz qalır. Kimsə də cavabdeh olmur. Sonra da bütün qüsurların günahını əcnəbilərin boynuna yıxırıq.”-deyə təbrizli deputat bildirib. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar