SON XƏBƏRLƏR

Ukrayna ordusu Rusiyanın ən güclü müdafiə xəttini yarıb

2023.08.28, 12:27
Ukrayna ordusu Rusiyanın ən güclü müdafiə xəttini yarıb

“Ukrayna ordusu cəbhənin cənub istiqamətində Rusiyanın ən güclü müdafiə xəttini yarıb”. Bunu Ukraynanın cənub-şərqində yerləşən Robotin kəndini işğaldan azad edən bölmələrin komandiri bildirib.

Gunaz.tv

Hərbçi deyib ki, bundan sonra Ukrayna qoşunları həmin istiqamətdə daha sürətli irəliləyəcək,  Robotin kəndi strateji əhəmiyyətə malikdir.

Məlumata görə, bu kəndin azad olunması Tokmak şəhərinə gedən yolu da açır. Ukrayna Tokmakı geri ala bilsə, bu, əlamətdar hadisə olacaq və qoşunların cənuba, Azov dənizinə doğru irəliləməsinə imkan verəcək.

Bu addım Ukraynaya Rusiya qüvvələrini parçalamağa kömək edəcək.

Qeyd edək ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar daha əvvəl Robotin kəndinin azad edildiyini açıqlamışdı.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar