SON XƏBƏRLƏR

İran Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərinə qatılacaq

2023.08.28, 14:00
İran Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərinə qatılacaq

İran Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşıdan gələn “Döyüş Qardaşlığı - 2023” təlimlərinə müşahidəçi qismində iştirak edə bilər.

Gunaz.tv

Bu barədə KTMT-nin birgə qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov mətbuat konfransında məlumat verib. Qeyd edilir ki təlimdə Çin, İran, Səudiyyə Ərəbistanı və Monqolustandan müşahidəçilərin iştirak edəcəyi təsdiqlənib.

Sidorov təlimin planını açıqlamayıb, lakin aviasiya komponentinə və xüsusən də, çoxlu sayda pilotsuz uçuş aparatlarının istifadəsinə mühüm diqqət yetiriləcəyini vurğulayıb.

KTMT-nin “Döyüş Qardaşlığı - 2023” birgə əməliyyat-strateji təlimi sentyabrın 1-dən 6-dək Belarus ərazisində keçiriləcək.

Azad mediada yayılan məlumatlara görə, İran təlimlərdə iştirakla bağlı özü müraciət edib.

Bildirilib ki, bu,  Qərb tərəfindən sıxışdırılan və iddialarının əksinə olaraq təhlükəsizliyinin təmini ilə bağlı yetərli resurslara malik olmayan Tehran hökumətinin Rusiyadan daha çox asılı olması anlamına gəlir.

Timur 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar