SON XƏBƏRLƏR

İki il əvvəl Azərbaycan bayrağını təhqir edən erməni futbolçular saxlanılıb

2023.08.28, 16:17
İki il əvvəl Azərbaycan bayrağını təhqir edən erməni futbolçular saxlanılıb

2021-ci ilin dekabr ayında Azərbaycan bayrağını təhqir edən erməni futbolçulardan 3-ü “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Qarabağdan Ermənistana getmək istəyən futbolçular aidiyyəti üzrə təhvil veriliblər.

Gunaz.tv

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında sosial şəbəkələrdə, KİV-də erməni futbolçularının futbol matçı zamanı Azərbaycan Dövlət bayrağı üzərində təhqiredici hərəkətlər etdiyi  barədə videogörüntülər yayılmışdı.

Həmin faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru  Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunmuşdu. 

Qeyd olunmuşdu ki, iş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə, digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması  istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar