SON XƏBƏRLƏR

Kanada İranın keçmiş səhiyyə nazirinin ölkəyə girişinə qadağa qoyub

2023.08.29, 13:58
Kanada İranın keçmiş səhiyyə nazirinin ölkəyə girişinə qadağa qoyub

Kanadanın miqrasiya naziri avqustun 28-də İranın keçmiş prezidenti Ruhani iqtidarı zamanı  səhiyyə naziri olan Həsən Qazizadə Haşimiyə bu ölkəyə daxil olmaq və qalmaq barədə 36 aylıq qadağa qoyulduğunu bildirib.

Gunaz.tv

Kandada yaşayan iranlılar sosial şəbəkələrdə nazirin Monrealda olduğunu əks etdirən şəkilləri paylaşıblar. Onun vaxtı ilə İranda insan haqlarını pozduğu ilə bağlı  Kanadanın yeni ictimai təhlükəsizlik naziri Dominik Le Blan və miqrasiya naziri Mark Millerə müraciət ediblər. 

Miller keçmiş X hesabında yazıb: “Əldə etdiyi məlumatlara və bu ölkənin qanunlarına əsaslanaraq Həsən Qazizadə Haşimi maksimum 36 ay Kanadaya gələ bilməyəcək. Ona yaşayış yeri adı ilə  Kanadaya daxil olmaq qadağandır”.

Kanadanın miqrasiya naziri bu qadağanın səbəbini “İran hökumətinin insan haqlarına etinasızlığı” ilə izah edib və deyib ki, “İran hökumətinin hərəkətləri qınaq obyektidir.  Bu hökumətdə məsul olanların Kanada cəmiyyətində yeri yoxdur”.

Taymaz


 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar