SON XƏBƏRLƏR

Ermənistanın sabiq müdafiə naziri həbsdə saxlanıldı

2023.08.30, 12:04
Ermənistanın sabiq müdafiə naziri həbsdə saxlanıldı

Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani David Tonoyan həbsdə qalacaq. Bu barədə Ermənistanın Ali Məhkəmə Şurasının mətbuat katibi Lilit Şaboyan məlumat yayıb.

Gunaz.tv

O qeyd edib ki, müdafiə tərəfi sabiq nazir barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışdı.

"Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin vəsatətini rədd etdi. Tonoyan həbsdə qalacaq" - deyə, Şaboyan bildirib.

Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketləri almaqda və silah almağa ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunur.

Sabiq müdafiə naziri 2021-ci ilin sentyabrından həbsdədir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar