O qeyd edib ki, Almaniya Ukraynanı dəstəkləməkdə davam etmək niyyətindədir.
"Biz bunu Almaniyada bir neçə min Ukrayna hərbçisinə təlim keçməklə reallaşdırırıq.
Ukraynanın müqavimət qabiliyyətini tam dəstəkləmək və gücləndirmək üçün ilin sonuna kimi biz 10 min əsgər hazırlamağı planlaşdırırıq", - Möller deyib.
Eyni zamanda, o, sursat mövzusuna da diqqət yetirib: "Sursat həlledici amildir.
Biz buna böyük diqqət yetiririk, silah-sursatla bağlı təşəbbüsdə də irəliləyiş əldə edirik”, - deyə Almaniya Müdafiə Nazirliyinin dövlət katibi bildirib və əlavə edib ki, artıq bir neçə saziş imzalanıb.