Əldə olunmuş razılaşmaları icra etmək lazımdır. Bu, elə zəmanət deməkdir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “Rusiya tərəfi Xankəndiyə Azərbaycan ərazisində rəsmi Bakı ilə danışıqlar aparmağı təklif edir. Qarabağ ermənilərinin təhlükəsizliyinə kim təminat verir” sualına cavabında bildirib.