SON XƏBƏRLƏR

Şirazdakı terror aktına görə 37 nəfər saxlanılıb

2023.08.31, 13:26
Şirazdakı terror aktına görə 37 nəfər saxlanılıb

İranın Şiraz şəhərində terror aktı ilə əlaqədar 37 nəfər saxlanılıb. Bu barədə yerli “Tasnim News Agency” agentliyi məlumat yayıb.

Gunaz.tv

Qeyd olunub ki, saxlanılanlardan 5 nəfər azadlığa buraxılıb.

3 nəfərin haqqında toplanmış materiallar məhkəməyə göndərilib, qalan 29 nəfər barədə araşdırma davam edir.

Xatırladaq ki, 13 avqust tarixində İranın Fars əyalətinin Şiraz şəhərindəki Şahçıraq ziyarətgahına silahlı hücum olub.

Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb, 8 nəfər yaralanıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar