SON XƏBƏRLƏR

XİN: Ermənilərin ərzağa ehtiyacı olsaydı, yolun bloklanmasını tələb etməzdilər

2023.08.31, 14:26
XİN: Ermənilərin ərzağa ehtiyacı olsaydı, yolun bloklanmasını tələb etməzdilər

"Azərbaycanı erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hal-hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndinə keçidi gözləyir".

Gunaz.tv

Bu Xarici İşlər Nazriliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində öz əksini tapıb.

“Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingentdən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar.

Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin “humanitar vəziyyət” ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil”, - məlumatda qeyd olunub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar