SON XƏBƏRLƏR

Zahidanda narazı bəluçlar həbs edildi

2023.09.01, 15:15
Zahidanda narazı bəluçlar həbs edildi

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində çox sayda narazı etnik bəluc təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Gunaz.tv

"SEPAH"-a yaxın "Təsnim" xəbər agentliyi saxlanılanların müxalif siyasi cərəyanlara bağlı olduqlarını iddia edib.

İnsan haqları təşkilatları saxlanılanların işgəncə edilərək saxta etirafa məcbur edildiklərini, onlardan ikisinin kamera qarşısına çıxarıldığını  bildirib.

İran mediasının iddiasına görə, narazı bəluclar İranın Pəhləvi dövründəki bayrağını qaldırıb, ölkədə şahlıq üsul-idarəsinin bərpa edilməsini istəyiblər.

Qeyd edək ki, aylardır Sistan və Bəlucistanda davam edən  etiraz aksiyalarında iddia olunan bayraq qaldırılmayıb, şahçılıq üsul-idarəsinin qurulması ilə bağlı heç bir şüar səsləndiriməyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar