SON XƏBƏRLƏR

ABŞ ərəb müğənninin sərbəst buraxılmasını tələb etdi

2023.09.01, 16:57
ABŞ ərəb müğənninin sərbəst buraxılmasını tələb etdi

ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Bram Paley Əhvaz şəhərində ərəb müğənni və fəal Mehdi Yərahinin həbs edilməsini pisləyib.

Gunaz.tv

O, bu barədə ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəliyinin X sosial şəbəkəsinin istifadəçi hesabı paylaşım edib.

"Müğənni Mehdi Yərahinin həbsi Tehran hökumətinin İran xalqının səsini susdurmaq üçün növbəti cəhdidir. İran hökuməti bu repressiya taktikasını dayandırmalı və vətəndaşların tələblərinə qulaq asmalıdır",- Paley yazıb.

Qeyd edək ki, İranda yaşayan ərəblərin tanınmış müğənnisi, ictimai fəal Mehdi Yərahi məcburi hicabla bağlı oxuduğu tənqidi mahnıya görə avqustun 28-də həbs edilib.

Müğənni bundan öncə Xuzistan neftinin Tehran hakimiyyətinin əli ilə talanması, neft gəlirlərindəm yerli ərəblərə heç nə verilməməsi və İranda yaşayan etnik ərəblərin acınacaqlı durumu ilə bağlı öz ana dilində mahnılar oxuyub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar