SON XƏBƏRLƏR

XİN Paşinyanın bəyanatına cavab verdi

2023.09.02, 12:36
XİN Paşinyanın bəyanatına cavab verdi

"Ermənistanın baş naziri Nikol Paşinyanın 2 sentyabr 2023-cü il tarixində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı olan iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatını qətiyyətlə pisləyir və rədd edirik". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın bəyanatına dair şərhində əksini tapıb.

Gunaz.tv

Qeyd olunub ki, Ermənistanın baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir.

Hal-hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur.

"Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışının qarşısı alınmalıdır.

O da bildirilib ki, bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir.

"Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır"-deyə, qeyd edili. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar