SON XƏBƏRLƏR

 İran Türkiyənin ictimai düşüncəsinə nüfuz etməyə cəhd edir

2023.09.02, 15:13
 İran Türkiyənin ictimai düşüncəsinə nüfuz etməyə cəhd edir

Meta Sosial Mediya Cəmiyyəti hesabat yayaraq zahirdə müstəqil görünən lakin İran hökmətinin siyasətləri ilə eyni yöndə hərəkət edən mediyaların Türkiyə vətəndaşlarının ictimai düşüncəsinə təsir etmək cəhdini ifşa edib.

Gunaz.tv

Meta (Facebook sosial şəbəkəsinin ana cəmiyyəti) bu barədə İrana bağlı saxta hesablar şəbəkəsinin bu platformadan sildiyini bildirib. 

Metanın nəşr etdiyi yeni hesabatına əsasən həmin şəbəkə Facebook-da 22 min hesaba, 21 səhifəyə və 7 Instagram hesabına malik olub. 

Bu hesablar və səhifələr Metanın “Koordinasiya Olunmuş Davranış” Qanunun onlar tərəfindən pozulduğuna görə bağlanıb.

Bu saxta şəbəkə Orta Şərq bölgəsi üzrə gündəmdə olan olaylar barədə xəbərləri əsasən Türkiyə türkcəsində nəşr edirmiş. 

Nəşr olunan materiallar İranın Fələstini himayəsi barədə olub. Həmin şəbəkə habelə Əli Xaməneyinin çıxışlarını, İsrail, Amerika, Türkiyə dövləti, bu ölkənin hakim Ədalət və İnkişaf Partiyası (Adalet ve Kalkınma Partisi- Ak Parti) barədə tənqidi yazılar nəşr etməklə Türkiyə ictimaiyyətinin düşüncəsinə təsir etmək niyyətində olub.

Şəbəkə həmçinin hazırladığı materialların linkini Facebook, Instagram, Twitter (hazırkı X), Telegram, LinkedIn və Pinterest kimi platformalarda yerləşdirməklə istifadəçiləri öz internet səhifələrinə yönəldirmiş.
  
Meta bu hesabların daha da çox auditoriya cəzb edə bilmədən ləğv etdiyini bildirib. Həmçinin hesabata əsasən onların Facebook-da izləyiciləri 11 min, Instagram-da isə 17 min civarında olub. 

Habelə İran bu səhifələrin Facebook-da təbliğatı üçün 670 dollar xərcləyib. Ödəniş isə əsasən Türkiyənin lirə vayutası ilə olunub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar