SON XƏBƏRLƏR

"Rusiyanın "Şahed" PUA-ları Rumıniya ərazisinə düşüb"

2023.09.04, 12:44
"Rusiyanın "Şahed" PUA-ları Rumıniya ərazisinə düşüb"

"Rusiyanın "Şahed" PUA-ları Rumıniya ərazisinə düşüb və partlayıb". Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko "Facebook"da bildirib.

Gunaz.tv

"Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə,  Rusiyanın İzmail limanının yerləşdiyi əraziyə kütləvi hücumu zamanı Rumıniya ərazisinə rus “Şahed" dronları düşərək partlayıb.

Bu, Rusiyanın raket terrorunun təkcə Ukraynanın deyil, həm də qonşu ölkələrin, o cümlədən NATO üzvü olan ölkələrin təhlükəsizliyinə böyük təhlükə yaratdığının növbəti təsdiqidir.
Biz tərəfdaşlarımızı Ukraynanı əlavə müasir raket əleyhinə və havadan müdafiə sistemləri ilə təmin etməyə, eləcə də Ukraynanın və qonşu dövlətlərin infrastrukturunun mühafizəsini gücləndirəcək döyüş aviasiyası ilə təmin olunmasını sürətləndirməyə çağırırıq" - o, paylaşımında qeyd edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar