SON XƏBƏRLƏR

Ceyhun Bayramov Oliver Varhelyi ilə görüşüb

2023.09.05, 12:25
Ceyhun Bayramov Oliver Varhelyi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb. Görüşdə, Azərbaycan və Aİ arasında münasibətlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Gunaz.tv

Ceyhun Bayramov Azərbaycan Aİ arasında çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib, siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və digər  sahələrdə münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycan və Aİ arasında imzalanması nəzərdə tutulan yeni hərtərəfli saziş layihəsinin əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayacağını diqqətə çatdırıb. 

Görüşdə  Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən danışıb. Bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.

 Nazir, həmçinin post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycanın atdığı addımlar,  Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi  məlumatlandırıb.

Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar