SON XƏBƏRLƏR

“İranda həbsdə olan İsveç vətəndaşı Avropa İttifaqının diplomatı olub”- Cozep Borel

2023.09.05, 13:12
“İranda həbsdə olan İsveç vətəndaşı Avropa İttifaqının diplomatı olub”- Cozep Borel

“Avropa İttifaqı üçün işləyən isveçli diplomat Yohan Floderus İranda həbsdədir.” Bunu Avropa İttifaqının Xarici Siyasət müdiri Cozep Borel deyərək təsdiqləyib.

Gunaz.tv

Qeyd edək ki, Avropa İttifaqı sentyabrın 04-də Yohan Floderusun kimliyini və onun İttifaqın əməkdaşlı olub olmadığını təsdiqləməkdən imtina etmişdi.

Habelə həmin tarixdə İranın XİN sözçüsü Nasir Kanani isveçli diplomatın İranda həbsdə olduğu barədə suala cavab olaraq “bu barədə məlumatım yoxdur” deyib.

Xatırladaq ki, Nyu-York Taymz qəzeti sentyabrın 04-də xüsusi hesabatla Avropa İttifaqının işçisi olan bir İsveç vətəndaşının İranda 500 gündən artıqdır həbsdə saxlanıldığını ifşa edib.

“33 yaşlı Yuhan Floderus İsveç vətəndaşı və sakinidir. Avropa İttifaqı ilə əlaqədar müəssisələrdə bir neçə vəzifə sahibi olub. Floderus ötən ilin Yazında İrana turist kimi səfər edib. 17.04.2022-ci il tarixində qayıtmaq istərkən hava limanında saxlanılıb.”-deyə qəzet açıqlayıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar