SON XƏBƏRLƏR

Hindistanın adı dəyişdirilə bilər

2023.09.05, 16:14
Hindistanın adı dəyişdirilə bilər

Hindistan hökuməti ölkəyə keçmiş adı - Bharatı qaytarmaq niyyətindədir. Bu barədə Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş “X” sosial şəbəkəsində yazıb.

Gunaz.tv

“The Economic Times” qəzeti yazır ki, deputatlardan biri “Hindistan” adının ölkə konstitusiyasından çıxarılmasını təklif edib. Onun qənaətincə, bu, quldarlığın simvoludur.

Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.

Qeyd edək ki, sentyabrın 9-11-də Hindistanda G20 ölkələrinin sammiti keçiriləcək. Tədbirə dəvət olunanlara dəvətnamələr “Bharat prezidenti” adından göndərilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar