SON XƏBƏRLƏR

Yunanıstanda "Daniel" qasırğası nəticəsində 6 nəfər həyatını itirib

2023.09.08, 12:15
Yunanıstanda "Daniel" qasırğası nəticəsində 6 nəfər həyatını itirib

Yunanıstanda "Daniel" qasırğası nəticəsində altı nəfər ölüb, daha altı nəfər itkin düşmüşüb. Bu barədə Afinanın AMNA xəbər agentliyi məlumat yayıb.

Gunaz.tv

Bir neçə gündür ki, Yunanıstanda güclü leysan yağır. Volos şəhəri yaxınlığındakı Zaqora bölgəsində  645 millimetr yağış düşüb.

Sentyabrın 5-dən Yunanıstan Yanğınsöndürmə Xidmətinin Əməliyyat Mərkəzinə yardım üçün 6400 müraciət daxil olub və 1880-dən çox insan təhlükəsiz yerə aparılıb.

Güclü leysan Afinanı da vurub. Paytaxtın mərkəzindəki bəzi metrostansiyalarını, o cümlədən parlamentin yaxınlığındakı mərkəzi Sintaqma stansiyasını su basıb.

Hökumət yağışları görünməmiş hadisə adlandırır və bunu iqlim böhranı ilə əlaqələndirir.

Daşqınlar səbəbindən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 87-ci Saloniki Beynəlxalq Ticarət Sərgisinin açılışı ilə bağlı sentyabrın 9-da  planlaşdırılan əsas siyasi çıxışını təxirə salıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar