SON XƏBƏRLƏR

Yaponiya XİN rəhbəri Kiyevə gedib

2023.09.09, 13:23
Yaponiya XİN rəhbəri Kiyevə gedib

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Ukraynaya səfər edib. Bu barədə Yaponiyanın Ukraynadakı səfirliyi məlumat yayıb.

Gunaz.tv

O, Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Yaponiya XİN rəhbəri Hayaşi ən çox zərər çəkmiş şəhərlərdən biri olan Buçaya da gedəcək.

Naziri Yaponiyadan iş adamları da müşayiət edir.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Yaponiya XİN rəhbərinin ilk səfəridir.

Onun səfəri Yaponiyanın baş naziri Fumio Kişidanın Ukraynaya səfərindən altı ay sonraya təsadüf edir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar