SON XƏBƏRLƏR

İran rəsmiləri dünyaya qarşı xulyalarını davam etdirir

2023.09.09, 14:37
İran rəsmiləri dünyaya qarşı xulyalarını davam etdirir

“İsraili məhv etməkdən və Həzrətin zühurundan öncə Ərəbistanla müharibəyə gedib Məkkəni fəth edəcəyik”- bunu İranın Radio-Televiziyasının dini “eksperti” deyib.

Gunaz.tv

Qeyd edək ki, Hərzət sözündən məqsəd İmam Zaman nəzərdə tutulur.

“İsraili məhv edəndən sonra və Həzrətin zühurundan öncə Ərəbistanla müharibə edərək Məkkəni fəth edəcəyik, bu ölkənin silahları da mücahidlərin əlinə keçəcək.” -deyə xulyalarının davamında İranın İslami Şura Məclisi Kitabxanasının sədri hüccət-ül-islam Qasimian deyib. 

Qeyd edək ki, İran rejiminin rəsmilərinin psixi durumlarının normal olması şübhə altındadır. Belə bir xulya isə ona kiçik bir nümunədir. Habelə İranın dini-şovenist hakimiyyəti nüvə silahına çataraq dünyanı fəth edəcəyi xulyasını davam etdirir. 

Bunun arxasında isə fars şovenizminin əsas “Böyük Persiya” və yaxud “Böyük İran” xulyası dayanır.  

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar