SON XƏBƏRLƏR

Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşüb

2023.09.12, 11:40
Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb. Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Gunaz.tv

Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çağırışlar və gələcək perspektivlər müzakirə olunub.

Azərbaycanın XİN başçısı da öz rəsmi "X" səhifəsində BQXK prezidenti ilə görüşü barədə paylaşım edib.

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüşməyimə və Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmağıma şad oldum", - nazir bildirib.

Qeyd edək ki, Ceyhun Bayramov Cenevrədə işgüzar səfərdədir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar