SON XƏBƏRLƏR

Nokia İrana qarşı şikayət edib

2023.09.12, 13:57
Nokia İrana qarşı şikayət edib

Məşhur mobil istehsalçısı Nokia İranda mobillərinin lisenziya olmadan quraşdırılması barədə şikayət edib.

Gunaz.tv

Brend markası Nokia olan HMD Global Cəmiyyəti ötən 1 il ərzində Nokianın sadə mobillərini quraşdıran iranlı cəmiyyətə qarşı şikayət edib. 

Şikayətdə Nokianın özünün və yaxud “HMD Mobile (Shenzhen) Limited” adlanan Çindəki filialının iranlı cəmiyyətlə heç bir əlaqəsi olmadığı bildirilib. Həmçinin adı açıqlanmayan iranlı cəmiyyətin Nokia brendi ilə mobil istehsal etməyə icazəsi olmadığı vurğulanıb.

Quraşdırılan Nokia mobillərinin üzərinə “...... Cəmiyyətinin vasitəsi ilə quraşdırılıb” birkası vurulduğuna görə burada saxtakarlıq olduğuna şübhə yaranıb. Belə ki, Nokia heç bir iranlı cəmiyyətə quraşdırma lisenziyası verməyib. 

Maraqlıdır ki, həmin cəmiyyətin quraşdırdığı 2 Nokia modelinin qutusu üzrəində “Made in Vietnam” yazıldığı bir halda üzərində başqa birka yapışdırılıb və hansısa bir iranlı cəmiyyəti tərəfindən quraşdırıldığı qeyd olunub.

Bu barədə araşdırma aparan Dijiato saytı iranlı cəmiyyətlə əlaqə saxlayıb. Cəmiyyə bildirib ki, quraşdırma işini rəsmi icazə olmadan edir və buna icazəni İranın Sənaye, Yerlatı Sərvətlər və Ticarət Nazirliyi verib. 

Habelə bildirilib ki, məhsullar (CKD- Complete Knock-Down) və yaxud hissələr formasında idxal olunaraq İranda yığılır.

Qeyd edək ki, bu fakt İran hakimiyyətinin beynəlxalq ticarət qanunlarını pozaraq külli miqdarda qazanc əldə etməsinə bir nümunədir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar