SON XƏBƏRLƏR

Kim Çen In: “KXDR həmişə Rusiyanın yanında olacaq”

2023.09.13, 14:45
Kim Çen In: “KXDR həmişə Rusiyanın yanında olacaq”

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətindəki “Vostoçnıy” kosmodromunda görüşüblər.

Gunaz.tv

Putin və Kim Çen In arasında həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də təkbətək danışıqlar aparılıb. Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşdə onu əmin edib ki, Pxenyan Moskvanın bütün qərarlarını dəstəkləyir və ikitərəfli münasibətləri daha da inkişaf etdirmək istəyir.

“Biz Rusiya ilə münasibətləri daha da inkişaf etdirmək istəyirik. Biz həmişə prezident Putinin bütün qərarlarını və Rusiya hökumətinin qərarlarını dəstəkləmiş və dəstəkləyəcəyik”, - Şimali Koreya lideri deyib.

Şimali Koreya lideri həmçinin ümid etdiyini bildirib ki, Rusiya və KXDR həmişə imperializmə qarşı və suveren dövlət quruculuğu uğrunda birgə mübarizə aparacaq.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar