SON XƏBƏRLƏR

Amerika İranın nüvə məsələsi, hərbi və insan haqları barəsində toplantı keçirib

2023.09.14, 10:50
Amerika İranın nüvə məsələsi, hərbi və insan haqları barəsində toplantı keçirib

Amerikanın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi İranın nüvə məsələsi, hərbi və insan haqlar barəsində toplantı keçirib.

Gunaz.tv

Sentyabrın 13-də keçirilmiş toplantıda Demokratiyaları Müdafiə Fondunun baş məsləhətçisi Riçard Qoldberq Bayden iqtidarının İranı yola verdiyinə toxunub.

“Hərtərəfli Ortaq Hərəkətlər Planı /The Joint Comprehensive Plan of Action/ kökündən problemli olub. Belə ki, İrana zəginləşdirmə imkanı verib. 
Bununla da İran hərbi fəaliyyətlər üçün istifadə etdiyi nüvə təsisatlarını qoruya bilib. Həmçinin yeni təsisatların tikilib istismara verilmsinə imkan yaranıb.” -deyə Qoldberq vurğulayıb. 

“İran hakimiyyətinin həmin razılaşma ilə nüvə silahı istehsal edə bilməsinin qarşısı alınmayıb. Həmçinin zəbt olunmuş milyardlarla dollar vəsaitini əldə edə bilib. 

Bununla da özünə beynəlxalq legitimlik qazanıb. Biz İranda hələ də davam edən nümayişləri izləyirik. İran İslam Respublikası öz xalqını qıran vəhşi bir dini rejimdir.”-deyə Fondun baş məsləhətçisi Qoldberq qeyd edib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar