“Rusiya sülhməramlıları öz tapşırıqlarının öhdəsindən gələ bilmədilər.
Amma deyə bilmərəm ki, Rusiya sülhməramlıları Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”, - Ermənistanın baş naziri “Politico” ya müsahibəsində deyib.
Paşinyan hesab edir ki, Rusiya faktiki olaraq artıq Azərbaycana təsir göstərə bilməz.
Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti Qarabağda öz üzərinə düşən tapşırığı yerinə yetirmir.
Həmin müsahibədə Nikol Paşinyan Azərbaycanla münaqişənin yenidən başlaması ilə bağlı qorxuların artdığı bir vaxtda Ermənistanın artıq Rusiyaya təhlükəsizlik qarantı kimi arxalana bilməyəcəyini deyib.
O, izah edib ki, Ermənistanın hazırkı strategiyası “başqalarından asılılığı” mümkün qədər azaltmaqdır.