SON XƏBƏRLƏR

“İran xalqının oyanışı zəfərin başlanğıcıdır”- Moləvi Əbdülhəmid

2023.09.15, 15:18
“İran xalqının oyanışı zəfərin başlanğıcıdır”- Moləvi Əbdülhəmid

“Qadının hicabı bəlkə də ,yetərli deyil, lakin buna görə niyə öldürülməlidir. İran xalqının bu məsələyə görə oyanışı zəfərin başlanğıcıdır.” Bunu Zahidan şəhəri sünni icmasının rəhbəri Moləvi Əbdül Həmid deyib.

Gunaz.tv

“Bir qadın geyimə görə saxlanılıb öləndən sonra meyitinin ailəsinə təhvil verilməsi xalq üçün kədərləndirici bir haldır. İran xalqı azadlıq və ədalət istəyir. 

Xalq İslam Respublikasının daxili və xarici siyasətlərindən razı deyil. Ona görə ki, bu siyasətlər məğlubiyyətə uğrayıb.

Mütəxəssislər ölkədən qaçır. Bacarıqsız şəxslər və müdirlər ölkəni idarə etdiyindən xalq rahat deyil. 

Xalq sərbəstlik istəyir, ayrıseçkilik və bərabərsizlikdən bezib. Ölkənin valyutası dəyərdən düşüb və yaşam çətinləşib. 

Bu durum ölkəyə tətbiq olunan yanlış siyastlərin nəticəsidir. İran xalqının oyanmasına sevinirik. Bu isə xalqın zəfərinin başlanğıcıdır.” -deyə Sistan və Bəluçistan Əyalətinin sünni lideri İran hakimiyyətinin siyasətlərini qınayıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar