SON XƏBƏRLƏR

İran hökumətinin hakerləri yenə təxribatlarını davam etdirir

2023.09.16, 13:15
İran hökumətinin hakerləri yenə təxribatlarını davam etdirir

İran hökumətinə bağlı hakerlər casusluq məqsədi ilə peyk, müdafiə və dərman üzrə fəaliyyət göstərən minlərlə cəmiyyəti kiber hücuma məruz qoyublar.

Gunaz.tv

Məşhur Mikrosoft korporasiyası bu barədə etdiyi tədqiqat nəticəsinə kiber həmlələrin Şaftalı Qum Qasırğası anlamında olan “Peach Sandstorm” İran hakimiyyətinə bağlı haker qrupu tərəfindən olunduğunu müəyyən edib. 

Qrup kiber həmlələrlə bir sıra təşkilatlara nüfuz edə bilməklə, onlarn informasiyalarını oğurlayıb.

Mikrosoft kiber həmlələrə məruz qalan cəmiyyətlərin və ölkələrin adını açıqlamayıb.

Hakerlər “İran hakimiyyətinin maraqlarını dəstəkləmək” məqsədi ilə təşkilatlara nüfuz edə bilmək üçün Keçidsöz Səpələmə (Password Spraying) metodundan istifadə edib.  

Korporasiyanın bildirməsinə istinadən hakerlər həmin metoddan aviasiya, kimya və mədən sənayesi sahəsində fəaliyyət göstərən təçkilatlara nüfuz ediblər. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar