SON XƏBƏRLƏR

İranda həbs edilən jurnalistlərin statistikası açıqlanıb

2023.09.18, 12:39
İranda həbs edilən jurnalistlərin statistikası açıqlanıb

Son bir il ərzində İranda 100-dən çox jurnalist saxlanılıb, onların 21-ə qarşı hökm oxunub və ümimilikdə 77 il həbs cəzasına məhkum ediliblər.

Gunaz.tv

Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası məlumat yayıb.

"Ötən bir ildə onlarla jurnalist həbs edilib və ağır cəzalarla üzləşib, bir çox nəşrlər bağlanıb və ya lisenziyaları ləğv edilib, çox sayda jurnalist təhlükəsizlik qurumlarının təzyiqləri nəticəsində işini, evini, yurd-yuvasını tərk etməyə məcbur olub",- federasiyanın məlumatında qeyd edilib.

Qeyd edək ki, onlarla jurnalist girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb, bu günlərdə 6 jurnalistin isə məhkəməsinin keçiriləcəyi gözlənilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar