SON XƏBƏRLƏR

ABŞ və Özbəkistan prezidentləri ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

2023.09.20, 10:58
ABŞ və Özbəkistan prezidentləri ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

BMT Baş Assambleyasının 78-ci sessiyasının tədbirləri çərçivəsində Özbəkistan və ABŞ Prezidentləri - Şavkat Mirziyoyev və Cozef Bayden arasında danışıqlar olub. Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Gunaz.tv

"İkitərəfli gündəlikdəki cari və regional əməkdaşlıq məsələlər müzakirə edilib.

ABŞ Prezidenti müstəqillik, suverenlik və ərazi bütövlüyünü, eləcə də Özbəkistanda davam edən islahatların gedişini dəstəklədiyini təsdiqləyib", - məlumatda deyilir.

Tərəflər Mirziyoyevin ABŞ-a səfəri ərəfəsində ikitərəfli görüşlərin və biznes forumun nəticələrini müsbət qiymətləndiriblər.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar