“Ukrayna öz ərazisində Rusiya qoşunlarına qarşı mübarizə aparanda KİV-in reaksiyası belə olur: “Yaşasın Ukrayna!”. Gürcüstanda oxşar münaqişədə isə “İrəli, Gürcüstan” yazırlar.
Ancaq Azərbaycan 10 min erməni qoşununu öz ərazisindən çıxarılmasını təmin etmək istəyəndə bu addım bəyənilmir, reaksiya belə olur: “Azərbaycanı dayandırmaq lazımdır”.
Brenda Şaffer şərhində ABŞ səlahiyyətlilərinin qeyri-müəyyən cavabını şübhə altına alaraq yazıb: “Təsəvvür edirsinizmi, ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya zəng edir, Kiyevdən Krım və ya Donetskdə terrorçulara qarşı hərbi addım atmamağı xahiş edir? Birləşmiş Ştatlar Azərbaycan məsələsi istisna olmaqla, ərazi bütövlüyü prinsipini dəstəkləyir”.