SON XƏBƏRLƏR

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir

2023.09.25, 11:48
Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir

Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçirilir.

Gunaz.tv

Dinləmədə azərbaycanlıların indiki Ermənistandan - öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımdan qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak edirlər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar