SON XƏBƏRLƏR

İranın universitetlərində tələbələrin geyimləri üzrə yeni qadağalar  qoyulub

2023.09.25, 12:27
İranın universitetlərində tələbələrin geyimləri üzrə yeni qadağalar  qoyulub

Aktivist tələbələr İranın müxtəlif universitetlərində tələbələrin geyimi üzrə yeni qadağaların tətbiq olunduğunu bildiriblər.

Gunaz.tv

Tehran şəhərində yerləşən Tehran və Əmir Kəbir universitetlərində qadınlara naxışlı xalat, dabanı cingiltili ayaqqabı,  əlverişli olmayan örtünmə, süni dırnaq  və naxış döydürmək qadağan olunub.

Habelə tələbə oğlanlara uzun saç saxlamaq, saqqal və bığ buraxmaq, cəvahirlər taxmaq, qulaq dəldirmək, naxış döydürmək və adi olmayan kəmər bağlamaq  yasaq olunub.

68f691c8dc235d8b421182f0d8d8cf974cc0eddc-800x599.jpg?w=800&h=599&fm=webp&q=70

Məlumata əsasən İran hakimiyyəti bu qadağaları fərqli şəkillərdə digər  universitetlərə də təbiq etmək istəyir. Tələblərin giriş-çıxışları zamanı bu qadağalara nəzarət mühafizəyə, tələbə Bəsic məmurları və mülki geyimlilərə tapşırılıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar