SON XƏBƏRLƏR

“İran diplomatiya tərəfdarıdırsa, nüvə proqramı üzrə gərginliyi azaltmalıdır”- Vaşinqton

2023.09.27, 11:44
“İran diplomatiya tərəfdarıdırsa, nüvə proqramı üzrə gərginliyi azaltmalıdır”- Vaşinqton

“İran Amerika ilə diplomatik anlaşma niytəindədirsə, öz nüvə proqramı barədə gərginliyi azaltmalıdır.”- deyə Amerika XİN rəsmisi bidlirib.

Gunaz.tv

“Gərginliyi azaltmaq üçün ilk addım Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıqdır.

Beynəlxalq ictimaiyyətin bu barədə nigaran qaldığı bir halda Tehran rəsmilərinin iddialarına zidd olaraq,  İran hələ də öz nüvə proqramı barədə gərginliyi azaltmağa heç bir hərəkət göstərməyib.

Amerika İranın nüvə silahına çatmasının qarşısını almağa israrlı və əzmlidir.”-deyə ABŞ XİN sözçüsü Metyu Miller keçirdiyi xəbər toplantısında vurğulayıb. 

Qeyd edək ki, hər hansı bir ölkədə nüvə enerjisindən elektrik təmini üçün uranı zənginləşdirmə norması 7--20%-dir. Buna  Amerika, Avropa ölkələri və BMT tərəfindən icazə verilir. 

Lakin İranın bu həddi aşması ilə uranı 60 faizdən yuxarı zənginləşdirməsi onun nüvə proqramının sırf enerji təmini deyil, tamamilə hərbi və başqa sözlə nüvə silahına çatmaq niyyətində olduğuna dəlalət edir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar