SON XƏBƏRLƏR

"ABŞ və Britaniya Sevastopola hücum zamanı Ukraynaya kömək edib"

2023.09.27, 12:41
"ABŞ və Britaniya Sevastopola hücum zamanı Ukraynaya kömək edib"

Sevastopola hücum amerikalı və britaniyalı mütəxəssislərlə sıx koordinasiya əsasında həyata keçirilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Gunaz.tv

“Sentyabrın 22-də Sevastopol yenidən hücuma məruz qaldı. Hücumun Qərbin kəşfiyyat vasitələri, NATO peyk avadanlığı, kəşfiyyat təyyarələri ilə əvvəlcədən planlaşdırıldığına və Amerikanın Britaniya kəşfiyyat xidmətlərinin sıx koordinasiyası ilə həyata keçirildiyinə heç bir şübhə yoxdur”, deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də Ukrayna Silahlı Qüvvələri Sevastopola raket hücumu həyata keçirib. Rusiyanın Qara Dəniz Donanmasının baş qərargahının binasına ziyan dəyib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar