SON XƏBƏRLƏR

Ukaryna Rusiyada yerləşən PUA istehsalı zavodunu vurmağa dəstək istəyib

2023.09.27, 16:18
Ukaryna Rusiyada yerləşən PUA istehsalı zavodunu vurmağa dəstək istəyib

Ukaryna Qərb Ölkələrinə məxfi sənəd ünvanlayaraq Rusiyada PUA istehsalı zavodunu, İran və Suriyada PUA bazalarını vurmağa dəstək istəyib.

Gunaz.tv

Qardian (The Guardian) qəzeti bu barədə xəbər yayaraq həmin zavodu və bazaları vurmağa Ukraynanın  Qərb Ölkələri müttəfiqlərindən uzaqmənzilli raketlər verilməsini istədiyini bildirib. 

Qəzetin məlumatına əsasən,  Ukrayna həmçinin bildirib ki, Qərb “gərəkən dağıdıcı vasitələri” verərsə, Rusiyada PUA istehsalı zavodunu, İran və Suriyada PUA bazalarını Ukraynanın müdafiə qüvvələrinin vasitəsi ilə vura bilər.

Xatırladaq ki, İran Rusiyanın Ukraynaya torpaq işğalı həmləsindən sonra Moskvanı bu təcavüzdə dəstəkləyir. 

Rusiya İran istehsalı PUA-ladan istifadə edərək Ukraynanın mülki infrastrukturunu vurur. Nəticədə xeyli sayda dinc əhali, o cümlədən uşaq, qadın, kişi həyatını itirib. 

Tehran həmçinin Rusiyada İran PUA-larının istehsalı zavodunun tikilməsində bu ölkəyə köməklik göstərir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar