SON XƏBƏRLƏR

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib

2023.09.28, 10:45
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib.

Gunaz.tv

Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları 2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.

Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar