SON XƏBƏRLƏR

Amerika İrana görə 5 şirkət və 2 şəxsə sanksiyalar tətbiq etdi

2023.09.28, 14:03
Amerika İrana görə 5 şirkət və 2 şəxsə sanksiyalar tətbiq etdi

Amerika SEPAH-a pilotsuz uçan aparatların istehsalı üçün lazım olan həssas hissələrin alınmasına kömək etdiklərinə görə 5 şirkət və 2 şəxsə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb.

Amerika Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müavini Brayan Nelson sanksiyaya məruz qalan şəxs və şirkətlərin BƏƏ, Türkiyə, Honq-Konq və İranda yerləşdiyini deyib.

O, bildirib ki, İran istehsalı olan pilotsuz təyyarələr Ukrayna vətəndaşlarına və infrastrukturuna qarşı hücumlarda Rusiyanın əsas vasitəsidir.

Vaşinqton daha əvvəl Çində yerləşən beş şirkətə və bir şəxsə aerokosmik hissələri, o cümlədən pilotsuz təyyarələr üçün istifadə olunan hissələri İrana göndərdiyinə görə sanksiya tətbiq etmişdi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar