SON XƏBƏRLƏR

İranda daha 4 müəllimə həbs cəzası verildi

2023.09.29, 09:00
İranda daha 4 müəllimə həbs cəzası verildi

İranın Buşehr əyalətinin Müəllimlər Birliyinin 4 üzvünə həbs cəzası verilib.

Gunaz.tv

Bu barədə İran Müəllimlər Birliyi məlumat yayıb.

Müəllimlərdən ikisinin iki il, digər ikisinin isə 4 ay azadlıqdan məhrum edildiyi, həbsdən sonra 3 il müddətinə müəllimlik fəaliyyətlərinə qadağa qoyulduğu bildirilib.

Onlar "daxili təhlükəsizliyə, ictimai asayişin pozulmasına çalışmaq, xidməti vəzifələrini yerinə yetirərn hökumət məmurlarına tabe olmamaq"da ittiham ediliblər.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar