SON XƏBƏRLƏR

Pakistanda partlayış olub, ölənlər və yaralananlar var

2023.09.29, 12:37
Pakistanda partlayış olub, ölənlər və yaralananlar var

Pakistanda partlayış olub, ölənlər və yaralananlar var. Bu barədə yerli “Dawn” nəşri yazıb.

Gunaz.tv

Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərindəki məscidlərdən birinin yaxınlığında baş verən partlayış nəticəsində azı 52 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Nəşrin məlumatına görə, partlayış kamikadze tərəfindən törədilib.

Qeyd olunub ki, hadisə insanların kütləvi yürüşü zamanı baş verib. Partlayış nəticəsində xəsarət alanlar tibb müəssisələrinə çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hazırda araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar