SON XƏBƏRLƏR

“Qadınlara şiddətə qarşı layihə 10 ildir baxılmaz qalıb”- iranlı siyasətçi

2023.09.29, 15:38
“Qadınlara şiddətə qarşı layihə 10 ildir baxılmaz qalıb”- iranlı siyasətçi

“Məclisdə qadınlara şiddətə qarşı layihə bəlli olmayan səbəblərə görə 10 ildir baxılmaz qaldığı bir halda Məclis ancaq hicab məsələsi ilə məşğuldur.” Bunu iranlı siyasətçı Zəhra Nijad Bəhram deyib.

Gunaz.tv

Nijad Bəhram bir neçə gün öncə atası tərəfindən “namus” məsələsinə görə bir qızın öldürüdüyünə və namus qətillərinin artdığına toxunub. 

“Cari ildə namus qətilləri artır. Qadınlar və qızlar absurd bəhanələrlə şiddətə və qətlə məruz qalır. Məclis bu məsələyə  laqeyd yanaşır və ancaq işi-gücü qanıların hicab məsələsidir.

Qadınlara artan şiddət cəmiyyətdə nigaranlıq doğurur. 

Ailə quruluşuna qanun əvəzinə patriarxiya hakimdir. Bu,  namus adı ilə qətillərin artmasına  şərait yaradır. Həmçinin,  qadınlar və qızlara ev şiddətini artırır. 

Nəticədə, insanın canının qorunmasıNəticədə insanın canının qorunması qanunlar hüdudlarına hakimiyyətə tapşırıldığı bir halda insanın yaşamı barədə ailə üzvləri qərar verir.

Qadınlara Şiddətə qarşı Layihə 10 il araşdırılma və nəhayət məclisin baxışına verilsə də kənara qoyulub.

Lakin baxılıb qərara alınsaydı qadınlara şiddətin qarşısını ala bilərdi.”-deyə siyasətçi Zəhra Nijad Bəhram vurğulayıb.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar