SON XƏBƏRLƏR

ABŞ İranı daimi təhdidlər siyahısına saldı

2023.09.29, 15:46
ABŞ İranı daimi təhdidlər siyahısına saldı

Pentaqonun strateji sənədində İran və Şimali Koreyaya daimi təhdid elan edilib.

Gunaz.tv

Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) “Kütləvi Qırğın Silahları ilə Mübarizə Strategiyası” adlı sənədində qeyd edilib.

Sənəddə İran və Şimali Koreya “daimi təhdidlər”, Çin “artan təhdidlər”, Rusiya isə “kəskin təhdidlər” kimi təqdim edilir.

"İranın hazırda nüvə silahı proqramını davam etdirmədiyi qiymətləndirilir, lakin bu ölkə 2 həftədən az müddətdə nüvə silahı istehsalı üçün xammala malikdir",- sənədin İranla bağlı bölməsində bildirilib.

Sənədin Şimali Koreya ilə bağlı bölməsində isə deyilir: Artan potensialla bağlı inkişaflar Şimali Koreyaya münaqişənin istənilən mərhələsində nüvə silahından istifadə etməyə imkan verir.

Qeyd edək ki, Pentaqon bu sənədi ilk dəfə 2014-cü ildə dərc edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar