SON XƏBƏRLƏR

İlham Əliyev Almaniya Prezidentini təbrik edib

2023.10.03, 11:29
İlham Əliyev Almaniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Gunaz.tv

"3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir. Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir"-məktubda deyilir. 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar