SON XƏBƏRLƏR

Britaniyanın Ukraynaya lazım olan silahları tükənib

2023.10.03, 14:54
Britaniyanın Ukraynaya lazım olan silahları tükənib

Böyük Britaniyanın Ukraynaya lazım olan silahları tükənib. Bu barədə “The Daily Telegraph” yüksək rütbəli hərbçiyə istinadən məlumat yayıb.

Gunaz.tv

Nəşr qeyd edib ki, Böyük Britaniya rəsmiləri hər zaman açıq şəkildə bəyanat yayaraq bildirirlər ki, dünyanın digər ölkələrində baş verən hadisələrdən asılı olmayaraq, Ukraynanı daim dəstəkləyəcəklər.

Həmçinin, əlavə olunub ki, Ukraynaya lazımi hərbi dəstək göstərmək üçün Britaniya ordusunun imkanları tükənib.

Mənbə qeyd edib ki, Ukraynanı müxtəlif avadanlıqlarla təmin edəcəklər, lakin indi ukraynalıların hava hücumundan müdafiə sistemlərinə və artilleriya sursatlarına ehtiyacı var.

Britaniyada isə bu silah-sursat artıq tükənib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar