SON XƏBƏRLƏR

Baş Prokurorluq: "Tehrandakı səfirliyimizə qarşı terror aktı törətmiş şəxs haqqında hələ yekun qərar verilməyib"

2023.10.03, 16:07
Baş Prokurorluq: "Tehrandakı səfirliyimizə qarşı terror aktı törətmiş şəxs haqqında hələ yekun qərar verilməyib"

Azərbaycanın Baş Prokurorluğu səfirliyimizə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirib.

Gunaz.tv

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb. 

"Baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı  diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

 İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq,  baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub.

Lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə ədalətli hökmü çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək"-məlumatda qeyd edilib. 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar