Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində, dağın üstündə ucaldılmış məşhur Gəncəsər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.